Türkiyə hökumətindən 3 nazir istefa edəcək
23 Fevral 2011 Çərşənbə 06:31
Seçki barədə qərar rəsmi qəzetdə çıxdıqdan sonra Daxili işlər, Ədliyyə və Nəqliyyat nazirləri istefa verməlidir
Türkiyədə 2011-ci il iyun ayında parlament seçkilərinin keçirilməsi üçün hazırlanan təklif Milli məclis (TBMM) rəhbərliyinə təqdim olunub. ANS PRESS Türkiyə mətbuatına istinadən xəbər verir ki, təklif təsdiq olunaraq qərarın qəbul edilməsi barədə xəbər rəsmi qəzetdə nəşr edildikdən sonra 3 nazir hökumətdən istefa verməlidir. Qeyd edək ki, xəbərin rəsmi qəzetdə çıxmasından 5 gün sonra Konstitusiyanın 114-cü maddəsinə görə, Daxili işlər, Ədliyyə və Nəqliyyat nazirləri istefa verməlidir.
Daxili işlər naziri Bəşir Atalay, ədliyyə naziri Sadullah Ergin və nəqliyyat naziri Binali Yıldırımın istefası ilə boşalan vəzifələrə isə yenə də konstitusiyaya görə, baş nazir parlament xarcindən şəxslər təyin edəcək.
Bundan başqa seçkilərdə millət vəkilliyinə namizəd olmaq istəyən dövlət məmuru, inzibati işçilər, hərbçilər, müəllimlər və s. da xəbərin rəsmi qəzetdə çıxmasından 1 həftə sonra vəzifələrindən istefa verməsi qanuni məcburiyyətdir.
DOSTLARINLA PAYLAŞ: