Türkiyə hökuməti Ermənistan təyyarəsinin saxlanılmasının səbəbini açıqladı
16 Oktyabr 2012 Çərşənbə Axşamı 00:58
Rəcəb Tayyib Ərdoğan: Hava məkanımızı Suriya aviasiyası üçün bağlamışıq.
Suriyaya humanitar yardım aparan Ermənistan təyyarəsi yro verilmiş nöqsanlarla əlaqədar Ərzurum hava limanına enişə məcbur edilib. ANS PRESS-in məlumatına görə, bunu Azərbaycana səfəri ərəfəsində hava limanında jurnalistlərə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, təyyarəyə baxış keçirilən zaman heç bir ciddi problem aşkarlanmayıb.

Rəcəb Tayyib Ərdoğan Suriya təyyarəsi ilə bağlı insidentdən sonra Türkiyə Suriya mülki aviasiyası üçün hava məkanını bağlayıb: “Mən mülki aviasiya normaları əsasında tədbirlər görülməsi ilə bağlı göstəriş vermişəm. Biz Suriyanın hava məkanından istifadə etmirik və öz hava məkanımızı Suriya aviasiyası üçün bağlamışıq”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar