Türkiyə hökuməti erməniləri növbəti dəfə sevindirir
06 May 2014 Çərşənbə Axşamı 06:16
Mədəniyyət və turizm nazirliyi erməni ozan Sayat Novanın əsərlərini nəşr etdirməyə hazırlaşır.
Türkiyə hökuməti erməni ozan Sayat Novanın əsərlərini nəşr etdirməyə hazırlaşır.
ANS PRESS-in yerli mətbuata istinadən verdiyi xəbərə görə, Novanın əsərləri bir topluda yığılaraq eyni kitabda həm türkcə, həm də ermənicə nəşr olunacaq.
Mədəniyyət və turizm nazirliyi tərəfindən hazırlanan layihəyə əsasən artıq erməni tərcüməçilərlə razılığa gəlinib və kitabın bu ilin iyun ayında satışa çıxarılması planlaşdırılır.
Qəribədir ki, bu barədə xəbəri yayan Türkiyə mənbələri böyük Azərbaycan şairi, Azərbaycan dövlət himnini yazan Əhəm Cavada aid “Çırpınırdı Qaradəniz” şeirini də Sayat Novanın əsərləri arasında göstərib.
DOSTLARINLA PAYLAŞ: