Türkiyə hərbi təyyarələri İraqın şimalını bombalayıb
10 İyul 2010 Şənbə 15:30
Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarələr PKK terror təşkilatının İraqın şimalındakı düşərgələrini növbəti dəfə bombalayıb.
APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, iyulun 10-da gecə yerli vaxtla saat 02.30-da Diyarbərkirdə yerləşən aviabazadan havaya qalxan hərbi təyyarələr 1 saat boyunca İraqın şimalındakı Hakurk, Hinere, Lolan, Male Meleyan və Sidekan bölgələrindəki PKK mövqelərinə zərbələr endirib. PKK terrorçularının bu ərazilərdən İraqın içərilərinə doğru geri çəkildikləri bildirilir.
Xatırladaq ki, İraqın şimalındakı dağlıq ərazilərdə düşərgələr quran PKK terrorçuları vaxtaşırı Türkiyəyə keçərək terror aksiyaları həyata keçirirlər. APA
DOSTLARINLA PAYLAŞ: