Türkiyə-Gürcüstan sərhədində güclü partlayış olub
26 May 2010 Çərşənbə 01:10
Ərdəhan vilayətindəki təyyarə qəzasının baş verməsi ilə bağlı məlumatlar var.
Türkiyə və Gürcüstanın sərhədində yerləşən Posof yaşayış məntəqəsi (Ərdəhan vilayəti) ərazisində güclü partlayış baş verib. Ərdahan valisi Əli Fuad Atık həmin ərazidə təyyarə qəzasının baş verdiyini istisna etməyib. Onun sözlərinə görə, təyyarə qəzası ilə bağlı məlumatlar daxil olmaqdadır. Vali partlayışın səbəblərinin araşdırılması üçün Posofa yola düşdüyünü və müvafiq strukturların səfərbər edildiyini bildirib.

Türkiyənin Nəqliyyat Nazirliyi isə Gyürcüstanla sərhəddə təyyarə qəzasının baş verməsi ilə bağlı ehtimalları təkzib edib. Nazirliyin yaydığı rəsmi məlumatda deyilir ki, Türkiyənin hava məkanında təyyarə qəzasının baş verməsi ilə bağlı xəbərlər öz təsdiqini tapmayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar