Türkiyə Gömrük İttifaqına girəcək?
25 Oktyabr 2013 Cümə 21:36
Qabil Hüseynli Rusiyanın Gömrük İttifaqı yaratmaqla dünyanın ikinci super gücünə çevrilməsi cəhdlərinə toxunub.
ANS PRESS TV-nin bu günkü qonağı politoloq, professor Qabil Hüseynli olub. Söhbət zamanı politoloq Rusiyanın Gömrük İttifaqı yaratmaqla dünyanın ikinci super gücünə çevrilməsi cəhdlərinə toxunulub.
Professorun fikrincə, Gömrük İttifaqı kimi qurumlara girmək iqtisadiyyatı yetərincə çox çeşidli olan ölkələrə faydalıdır ki, bu baxımdan Rusiya daha şanslı görünür. Həmçinin Gömrük İttifaqının nizamnaməsi üzv dövlətlərin suverenliyini məhdudlaşdırır.
Söhbət zamanı Türkiyənin Gömrük İttifaqına girməsi barədə Nursultan Nazarbayev edilən təklifə də toxunulub. Politoloqun fikrincə, Türkiyənin Gömrük İttifaqına girməsi Azərbaycanı çox çətin vəziyyətə sala bilər.
Söhbətin tam məzmunu video formatda:
DOSTLARINLA PAYLAŞ: