Türkiyə Futbol Federasiyasının prezidenti istefa verib
31 Yanvar 2012 Çərşənbə Axşamı 19:19
Mehmet Əli Aydınlarla birlikdə iki vitse-prezident də vəzifələrindən gedib.
Türkiyə Futbol Federasiyası itki ilə üzləşib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Əli Aydınlar vəzifəsindən istefa verib.

Aydınlarla birlikdə iki vitse-prezident – Göksəl Gümüşdağ və Lütfü Arıboğan da istefaya gedib. Fevralın 27-də TFF-nin yeni prezidentini seçmək üçün fövqəladə qurultayı keçiriləcək.

Xatırladaq ki, danışılmış oyunlarla bağlı istintaq və həbslərlə əlaqədar ötən ilin iyulundan bəri Türkiyə futbolunda ciddi böhran yaranıb. Qalmaqalda “Fənərbaxça” başda olmaqla, 8 klubun adı hallanır. TFF UEFA-nın israr etməsinə baxmayaraq, indiyə qədər bu klublara cəza verməyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar