Türkiyə Fransa münasibətlərinin yaxşılaşması qeyd edilib
15 İyul 2012 Bazar 12:04
Fransanın Türkiyədəki səfirliyində münasibətlərin düzəlməsi ilə bağlı tədbir keçirilib.
Türkiyənin paytaxtı Ankarada Fransanın milli bayramı olan "Bastiliya qalasının alınması günü" ilə yanaşı, iki ölkə arasında əlaqələrin yaxşılaşması münasibətilə təntəli tədbir keçirilib. Fransa səfirliyində baş tutan tədbirə Türkiyənin inkişaf naziri Cevdet Yılmaz qatılıb.
Çıxışı zamanı Türkiyə Fransa münasibətlərinə toxunan Yılmaz bildirib ki, iki ölkə arasında tərəfdaşlığın davam etdirilməsi təkcə Türkiyə ilə Fransanın deyil, eyni zamanda, region ölkələrinin və Avropanın gələcəyi üçün böyük əhəmiyət kəsb edir.
"NATO tərəfdaşlığı çərçivəsində müttəfiqmiz olan Fransa ilə regional və beynəlxalq səviyyədə sülh, davamlılıq və rifahın təmin edilməsi məsələsində mövqelərimiz eynidir. Əsgərlərimiz dünyanın müxtəlif yerlərində birlikdə xidmət edirlər. Hər iki ölkəyə yaxın olan Yaxın Şərq və Şimali Afrikada cərəyan hadisələr dönüş nöqtəsi ola bilər",- deyə Yılmaz bildsirib.
Fransanın Türkiyədəki səfiri Loran Bili isə öz növbəsində son bir neçə ildə iki ölkə arasında yaşanan gərginliyə baxmayaraq, ölkəsi ilə Türkiyə arasında möhkəm əlaqələrin olduğunu vurğulayıb.
"İki ölkə arasında ələqələrin yeni səhifəsi açılır. Bir müddət davam edən gərginliyə baxmayaraq, rəsmilər arasında keçirilən yüksək səviyyəli görüşlər hər iki ölkə arasında münasibətlərin sülhməramlı və ahəngdar olmasını göstərir", - deyə Bili fikrini bildirib.
Sonda isə dövlət rəsmiləri atəşfəşanlığa tamaşa ediblər.
DOSTLARINLA PAYLAŞ: