Türkiyə Ermənistanla “soyuq müharibə”nin başa çatdığını bəyan edib
11 İyun 2009 Cümə Axşamı 14:30
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Ermənistanla “soyuq müharibə”nin başa çatdığını bəyan edib.
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, nazir iki ölkə arasında münasibətlərin artıq düşmənçilik səviyyəsində olmadığını bildirib. Onun sözlərinə görə, Ankara ilə İrəvan arasında əlaqələr Türkiyənin dostu olan Azərbaycanın da maraqları ilə üst-üstə düşür.

Ə. Davudoğlu Ermənistan prezidenti Serj Sərkisyanın Türkiyəyə rəsmi səfərini gözlədiklərini deyib. Qeyd edək ki, səfər 2009-cu ilin oktyabrına nəzərdə tutulur.

2010-cu il dünya çempionatının seçmə qrup mərhələsində iki ölkənin milli futbol yığmaları arasında oyun bu ilin oktyabrında oyun keçiriləcək. Ermənistan prezidentinin məhz həmin oyunu izləmək üçün Türkiyəyə səfər edəcəyi gözlənilir.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar