Türkiyə Ermənistanla barışmaq istəyir?
10 Oktyabr 2013 Cümə Axşamı 22:25
Əhməd Davudoğlu: Türkiyə-Ermənistan əlaqələrinin normal qalması üçün Qarabağ probleminin həll edilməsi lazımdır.
İsveçrədə səfərdə olan Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu Ermənistanla münasibətlərin bərpasının yenidən gündəmə gələcəyini bildirib. ANS PRESS “Son Dakika” portalına istinadən bildirir ki, Davudoğlu indi bəzi yaradıcı fikirlərlə, yeni düşüncələrlə bunu inkişaf etdirməyə, yaxınlaşdırmağa çalışdıqlarını deyib. "Qarşıdan gələn dövr ərzində bu istiqamətdə işlərimizi artıracağıq”,- deyə o vurğulayıb.
Dörd il qabaq Türkiyə ilə Ermənistan arasında imzalanan protokoldan danışan Türkiyə xarici işlər naziri söyləyib: “Biz Türkiyə-Ermənistan əlaqələrinin normallaşmasına önəm veririk. Amma bunun həmişəlik qalması üçün Ermənistanla Azərbaycan arasındakı Qarabağ probleminin həll edilməsi və Azərbaycan torpaqlarının işğalının sona çatdırılması lazımdır. Bu məsələdə İsveçrənin yardımlarına ümid edirik.
Biz 4 il öncə Ermənistan ilə Türkiyə arasında imzalanan protokolun uğurlu şəkildə həyata keçməsi üçün çox çalışdıq. Ümid edirk ki, bunlar tamamilə gündəmdən düşməyib".
DOSTLARINLA PAYLAŞ: