Türkiyə Ermənistanı blokadada saxlamalıdır
24 Noyabr 2010 Çərşənbə 11:10
"Bu vəziyyət Rusiya qoşunları oranı tərk edənədək davam etməlidir"
Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesində uğur yalnız Rusiya qoşunlarının Ermənistandan çıxarılacağı təqdirdə mümkün ola biləcək, əks halda bu prosesin bütünlüklə heç bir əhəmiyyəti olmayacaq. ANS PRESS-in "Regnum"a istinadən yaydığı xəbərə görə, STRATFOR Amerika-İsrail Analitik Xidmətinin təsisçisi və baş direktoru Corc Fridman Türkiyənin ATV telekanalı və “Sabah” qəzetinə müsahibəsində belə bir fikirlə çıxış edib.
O bəyan edib ki, Türkiyə Ermənistanla Dağlıq Qarabağ münaqişəsini müzakirə etməməlidir: “Türkiyə Ermənistanla Dağlıq Qarabağ barəsində deyil, Rusiyanın bu regionda rolunun azaldılması haqda danışmalıdır. Ermənistanda Rusiya qoşunlarının olması Türkiyənin marağında deyil. Bu cür şərtlərlə Ermənistanla sərhədlərin açılması Türkiyə üçün heç bir fayda gətirməyəcək, əvəzində bu Azərbaycanla münasibətləri korlaya bilər. Odur ki, bu halda Ermənistanı blokadada saxlayın”.
Bununla yanaşı, Fridman Türkiyənin hazırki gücünü ABŞ-ın 1930-40-cı illərdə malik olduğu qüvvə ilə müqayisə edib.
“Türkiyənin gücü var, lakin bu gücə istiqamət verə biləcək strukturu yoxdur. Bax ,Türkiyə bu barədə düşünməlidir", - deyə o bildirib.
DOSTLARINLA PAYLAŞ: