Türkiyə-Ermənistan qardaşlıq abidəsi tamam söküldü
15 İyun 2011 Çərşənbə 01:40
Hazırda heykəlin torpağın altında qalan beton bünövrəsi sökülür
Türkiyənin Qars şəhərindəki "erməni-türk dostluğu"na həsr edilən “İnsanlıq abidəsi”nin söküntüsü başa çatdı. ANS PRESS Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş nazir Rəcəb Tayyib Ərdoğanın "uçube" (əcaib) adlandırdığı 24.5 metrlik heykəlin son iki hissəsi sökülüb. Qeyd edək ki, hal-hazırda heykəlin torpağın altında qalan beton bünövrəsi sökülür. Podratçı firma bu işin 24 iyuna qədər başa çatacağını deyib.
Xatırladaq ki, "İnsanlıq abidəsi" adlanan və türk-erməni dostluğunun simvolu kimi təqdim olunan heykəlin tikintisinə 2008-ci ildə başlanılmışdı. Abidə ucaldılsa da, tikintisi tam yekunlaşmamışdı. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Qarsa səfəri zamanı bələdiyyə sədri və digər rəsmilərlə görüşündə, tarixi-memarlıq üslubuna zidd olan tikililərin sökülməli olduğunu demişdi. O, məlum abidənin “ucube” (əcaib) olduğunu bəyan etmişdi.
DOSTLARINLA PAYLAŞ: