Türkiyə Ermənistan tərəfindən münasibətlərin normallaşması məsələsində qətiyyət görmək istəyir. ANS PRESS-in “Panarmenian”a istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib. Onun sözlərinə görə, rəsmi Ankara bu istiqamətdə səylər göstərir.
“Lakin eyni zamanda belə bir qətiyyətin beynəlxalq ictimaiyyət tərəfindən göstərilməsi vacibdir. Xüsusilə də Ermənistanın Qarabağ münaqişəsinin nizamlanmasında qətiyyət nümayiş etdirməsi önəmlidir”, - deyə Türkiyənin XİN rəhbəri bildirib.
O həmçinin ümid etdiyini bildirib ki, yaxın gələcəkdə region erməni-türk münasibətlərinin normallaşmasının şahidi olacaq. /ANS PRESS/