Türkiyə Ərdoğan hakimiyyətinə etimad göstərdi
13 İyun 2011 Bazar Ertəsi 00:29
PKK terror təşkilatının siyasi cinahının isə parlamentdə azı 30 millət vəkili ilə təmsil olunacağı gözlənilir
Ötən gün Türkiyədə keçirilən parlament seşkilərinin ilkin nəticələrinə görə, ölkəni növbəti 4 ildə də Ədalət və İnkişaf Partiyası (AKP) idarə edəcək. Qeyri rəsmi nəticələrə əsasən AKP ümumi səslərin 50.1 faizini əldə edərək, 326 millət vəkili ilə yeni hökuməti formalaşdırcaq.

Seçkinin ikincisi isə respublikaçılar (CHP) olub. Cumhuriyyət Xalq Partiyası səslərin 25.9 faizi ilə öz seçicilərini parlamentdə 135 millət vəkili ilə təmsil edəcək.

Milliyətçi Hərəkat partiyası (MHP) isə səslərin 13.0 faizini əldə edə bilib. MHP-nin 54 mandat qazanacağı gözlənilir.

Müstəqil namizədlər isə səslərin 6.4 faizini əldə edib. 35 nəfərlik müstəqil deputat qrupundan əksəriyyətinin parlamentdə PKK terror təşkilatının siyasi cinahı olan Sülh və Demokratiya Partiyası (BDP) ətrafında birləşəcəyi proqnozlaşdırılır. Qeyd edək ki, bu namizədlər 10 faizlik seçki bariyerini keçə bilməyəcəkləri üçün seçkidə müstəqil şəkildə iştirak edirdilər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar