Türkiyə daxili işlər naziri əhaliyə səsləndi
03 İyun 2013 Bazar Ertəsi 11:31
Müəmmər Gülər ölkə vətəndaşlarını təmkinli olmağa çağırıb.
Türkiyənin daxili işlər naziri Müəmmər Gülər bəyanatla çıxış edib. Təhlükəsizlik qüvvələrinin lazım olmadıqda, aksiyaçı qruplara müdaxilə etmədiyini iddia edən nazir ölkə vətəndaşlarını təmkinli və həssas olmağa çağırıb:

“Taksimdə zorakılıq halları meydana gəlmədikdə, təhlükəsizlik qüvvləri müdaxilə etməyib. Amma sosial şəbəkələrlə yayılan yanlış məlumat və mesajlarla vətəndaşlarımız, xüsusilə də gənclərimiz qanunsuz aksiyalara istiqamətləndirilir. Bu nümayişlər sərbəst toplaşmaq azadlığının hüdudlarını aşan mərhələyə çatıb, vətəndaşlarımızın ictimai asayişinə ziyan vurmaqdadır”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar