Türkiyə atom elektrik stansiyası sahibi olacaq
10 Oktyabr 2014 Cümə 18:16
Türkiyədə atom elektrik stansiyasının (AES) tikintisinin başlama tarixi məlum olub.
Türkiyədə atom elektrik stansiyasının (AES) tikintisinin başlama tarixi məlum olub.

ANS PRESS-in məlumatına görə, "Akkuyu" AES-in tikintisinə gələn ilin mart ayında başlanacaq. Bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız açıqlama verib.

Onun sözlərinə görə, AES-in tikintisi Türkiyə üçün xüsusi önəm kəsb edir.

Qeyd edək ki, Türkiyədə VVEP-1200 tipli reaktora malik dörd enerji blokunun daxil olduğu ilk "Akkuyu" AES Rusiyanın layihəsi əsasında tikiləcək. Stansiyanın inşasına dair saziş 2010-cu ilin mayında imzalanıb.

Stansiyanın hər blokunun gücü 1200 meqavat, ümumi gücü isə 4800 meqavat təşkil edəcək. Blokların bir illik fasilə ilə ardıcıl istismara veriləcəyi nəzərdə tutulur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar