Türkiyə anamüxalifət lideri ermənilərin teatrında tamaşaçı olub
26 Mart 2012 Bazar Ertəsi 02:42
Kılıçdaroğlu tamaşanın adından ilham alaraq erməni aktyorları nar dənələrinə oxşadıb.
Türkiyə anamüxalifətinin lideri, Cumhuriyyət xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu İstanbulun Bakırköy rayonundakı “Yunus Emre” mədəniyyət mərkəzində erməni aktyorların səhnəyə qoyduğu teatr tamaşasına baxıb. Erməni yazıçı Aram Qostanyanın yazdığı “Nar dənələri” adlı tamaşada həmçinin Bakırköyün CHP-dən olan bələdiyyə sədri, Türkiyə erməniləri patriarxının vəkili və erməni icmasının bir çox nümayəndəsi iştirak edib.
Tamaşadan sonra səhnəyə çıxan Kamal Klıçdaroğlu tamaşanın təşkilində zəhməti olan Bakırköy bələdiyyəsinin sədri Atəş Ünal Erzene təşəkkürünü bildirib. “Həvəskar aktyorlardan ibarət teatrımızın yüksək səviyyəli nümayişindən sonra mənim nəsə deməyim doğru olmaz. Onlar hər biri bir nar dənəsidir. Mən də başda Bakırköy bələdiyyə sədrimiz olmaqla tamaşada zəhməti olan hamıya təşəkkürümü bildirirəm”.
DOSTLARINLA PAYLAŞ: