Türkiyə ABŞ-dakı səfirini geri çağıra bilər
04 Mart 2010 Cümə Axşamı 16:40
Türkiyə ABŞ-dakı səfirini geri çağıra bilər. Bu məsələ artıq Ankarada masa üzərindədir.
ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində qondarma erməni soyqırımı ilə bağlı qanun layihəsinin müzakirəyə çıxarılmasına bir neçə saat qalıb.
Türkiyə mətbuatının məlumatına görə, qondarma soyqırımın tanınacağı təqdirdə Türkiyənin Birləşmiş Ştatlardakı səfirinin geri çağırılması məsələsi rəsmi Ankarada masa üzərindədir.
Buna baxmayaraq, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu jurnalistlərin “Əgər qondarma soyqırım ABŞ Konqresində qəbul olunarsa, Türkiyə ABŞ-dakı səfirini geri çağıracaqmı?” sualına dəqiq cavab verməyib.
“Hər kəs hazırda gedən bəzi prosesləri nəzərə almalıdır”, deyə Davudoğlu bildirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: