Türk və yunan Kiprləri birləşə bilər
10 İyul 2011 Bazar 07:06
Türk və yunan Kiprləri birləşə bilər. Əhməd Davudoğlu bu məqsədlə gələn ilin əvvəlində referendum yolunun nəzərdən keçirildiyini deyib.
Türkiyə nazirlər kabinetində yenidən Xarici işlər nazirliyinə təsdiq olunan Əhməd Davudoğlu ilk rəsmi səfərini Şimali Kipr Türkiyə Respublikasına (KKTC – Kuzey Kıbrıs Türk Cumhuriyeti) edib. Davudoğlu hədəflərinin ilin axırına qədər Kipr probleminin həllinin tapılması, 2012-ci ilin əvvəlində referendum keçirilməsi və Avropa Birliyi baş katibliyi vəzifəsinin Birləşmiş Kiprə keçməsi olduğunu deyib. KKTC prezidenti Dərviş Əroğlu ilə görüşən Davudoğlu Türk Kiprinin həmişə problemin həllini axttaran tərəf olduğunu deyib. Əroğlu da öz növbəsində uzun müddətdir davam edən Kipr probleminin ilin axırına qədər həll olunacağına inandığını deyib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar