Türk və erməni sahibkarları əməkdaşlıq memorandumu imzalayıblar
22 Noyabr 2011 Çərşənbə Axşamı 18:34
Sənəd bu gün İrəvanda imzalanıb.
Bu gün türk və erməni sahibkarları arasında birgə əməkdaşlıq memorandumu imzalanıb. ANS PRESS-in erməni mətbuatına istinadən verdiyi məlumata görə, sənəd İrəvanda keçirilən Türkiyə-Ermənistan sahibkarlarının biznes-forumu çərçivəsində imzalanıb.
Memorandum iki ölkə sahibkarlarının əlaqələrinin aktivləşdirilməsi, eləcə də işgüzar dairələr tərəfindən Türkiyə və Ermənistan arasında sərhədlərin açılması məsələsini lobbiləşdirməyi nəzərədə tutur. Ermənistan tərəfindən bu öhdəlikləri Sənayeçilər və Sahibkarlar Şurası, Türkiyə tərəfindən isə biznesin inkişafı üzrə Türk-erməni Şurası yerinə yetirəcək.
DOSTLARINLA PAYLAŞ: