Türk qızı almanların hücumuna məruz qaldı
30 Aprel 2011 Şənbə 05:24
Türk qızı almanların hücumuna məruz qaldı. Qrup sədrinin köməkçisi Yorq Ukerman zərərçəkmişin üzünə yumruq atıb.
Almaniyanın Köln şəhərində ali məktəb tələbəsi olan türk qızı radikal sağ görüşlü “Pro Köln” qrupu üzvlərinin hücumuna məruz qalıb. Hadisə qrup üzvlərinin “Schildergasse” prospektində payladığı 7 may aksiyasına dair broşuraları türk qızının zibil qabına atması nəticəsində baş verib. Qeyd edək ki, 23 yaşlı Sümeyya Doğan baxmaq üçün götürdüyü broşuranı daha sonra tullamaq istədiyi vaxt qrup üzvləri ilə mübahisə yaranıb. Daha sonra söhbətə müdaxilə edən qrup sədrinin köməkçisi Yorq Ukerman zərərçəkmişin üzünə yumruq atıb. “Qərbi Alman” tele-radio qurumunda stajçı kimi fəaliyyət göstərən türk qızı Ukermanın daha əvvəl də başqa bir türk qızını döydüyü üçün mühakimə olunduğunu bildirib.
ANSPRESS
DOSTLARINLA PAYLAŞ: