Türk pilotlar azadlığa buraxılıb
19 Oktyabr 2013 Şənbə 22:06
Türk pilotlar azadlığa buraxılıb. Türkiye xarici işler naziri Ahmet Davutoğlu Livana qaçırılan türk pilotlardan danışıb.
Livana qaçırılan türk pilotlar azadlığa buraxıla bilər. ANS PRESS-in məlumatına görə, Türkiyə xarici işlər naziri naziri Əhmət Davudoğlu verdiyi müsahibəsində bildirib ki, Livana qaçırılan türk pilotlaın qaytarılması yaxın günlərdə baş tutacaq.

2 türk pilotun Ramazan bayramında Suriyanın Aziz bölgəsindən qaçırılaraq Livana aparıldığını xatırladan Əhməd Davudoğlu Murat Akpınar və Murat Ağcayın tezliklə Türkiyəyə qayıdacağını deyib. Nazir onların azadlığa çıxması üçün nə tələb olunduğu barədə məlumat verməyib.

Qeyd edək ki, İstanbul - Beyrut marsrutu üzrə işləyən türk pilotlar avqustun 9-da Suriyada silahlılar tərəfindən girov götürülüb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar