Türk mətbuatı: "Müammar Qəddafinin oğlu öldü"
21 Mart 2011 Bazar Ertəsi 17:59
Liviya televiziyası bu faktları nə təkzib, nə də təsdiq etmir.
Liviya rəhbəri Müammar Qəddafinin oğullarından biri olan Xamis ölüb. Bu məlumatı Almaniyada türk dilində fəaliyyət göstərən “Deutsch-tuerkische Nachrichten” internet portalı yayıb. Məlumata görə, Xamis aldığı ağır yaralardan ötən şənbə günü xəstəxanada keçinib.

Daha əvvəl isə Almaniya mətbuatı ərəb kütləvi informasiya vasitələrinə istinadən məlumat yayıb ki, Liviya hərbi qüvvələrinin pilotu bir neçə gün əvvəl bilərəkdən təyyarəni istehkama çırpıb. Bu təyyarədə isə Qəddafi özü və onun ailəsi olub. Belə ki, bu istehkam Bab-əl-Əziziyə bazasının ərzaisində yerləşib və 1986-cı ildə ABŞ ordusu tərəfindən dəfələrlə bombalanmaya məruz qalıb.

Qeyd edək ki, Qəddafinin 32 yaşlı oğlunun ölümünün səbəbi yanıqların çox olması olub. Liviya televiziyası isə bu faktları nə təkzib, nə də təsdiq etmir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar