Türk konsulunu qətlə yetirən erməni terrorçunun istəyi ürəyində qaldı
06 İyul 2013 Şənbə 06:35
ABŞ erməni terrorçunun vaxtından qabaq sərbəst buraxılması haqda vaxtından qabaq vəsatətini rədd edib.
ABŞ-ın Kaliforniya ştatı şərti işlər üzrə komissiyası erməni terrorçu Xampiq (Ambik) Sasuyanın vaxtından qabaq sərbəst buraxılması haqda vaxtından qabaq vəsatətini rədd edib.
Lent.az-ın erməni informasiya vasitələrinə istinadən məlumatına görə, o, 1982-ci ildə Türkiyənin Los-Ancelosdakı baş konsulunu qətl etdiyi üçün tutulub.

Bu terrorçu erməni 1963-cü ildə Beyrutun Bürc-Hammud erməni məhəlləsində anadan olub. Hazırda o, Kaliforniyanın San-Luis Obispo həbsxanasında saxlanılır.



DOSTLARINLA PAYLAŞ:

oyunlar