Türk işadamı cibgirlər tərəfrindən öldürüldü
17 Yanvar 2013 Cümə Axşamı 04:11
İşadamı şəhərdə çəkiliş apararkən 2 nəfər qarətçinin hücumuna məruz qalıb
İngiltərə vətəndaşı 33 yaşlı Ömer Kaya kamerasını oğurlayan küçə oğruları tərəfindən qətlə yetirildi. Hadisə Hondurasın San Pedro Sula şəhərində meydana gəlib. San Pedro Sula polis rəsmilərinin “Reuters”ə verdiyi açıqlamaya görə, işadamı şəhərdə çəkiliş apararkən 2 nəfər qarətçinin hücumuna məruz qalıb. Qarətçilər kameranı vermək istəməyən Ömər Kayanı vurub öldürüblər.
Qeyd edək ki, San Pedro Sula dünyanın ən təhlükəli şəhərlərindən biridir. Meksika və kolumbiyalı narkotik baronlarının fəaliyyət göstərdiyi şəhər dünyada ən çox cinayət hadisəsinin meydana gəldiyi şəhər kimi tanınır. BMT narkotik və cinayət bürosunun verdiyi məlumata görə, Hondurasda 2005 – 2010-cu illər arasında cinayət hadisələri iki qat çoxalıb. Ölkədə hər 100 000 nəfərdən 87 nəfəri cinayətə qurban gedir.
DOSTLARINLA PAYLAŞ: