Türk Hava Yolları sərnişinlərə erməni qəzeti paylayır
14 Mart 2013 Cümə Axşamı 04:36
Türk Hava Yolları - Agos əməkdaşlığının beynəlxalq uçuşları da əhatə edəcək.
Türkiyənin aviaşirkətlərindən olan “Türk Hava Yolları” (THY) erməni qəzeti olan “Agos”u sərnişinlərinə pulsuz paylamağa başlayıb. Məlumata görə, İstanbul “Atatürk” hava limanı Beynəlxalq uçuşlar terminalındakı pulsuz qəzet stendinə “Agos” da qoyulub. THY - “Agos” əməkdaşlığının beynəlxalq uçuşları da əhatə edə biləcəyi qeyd edilib.

Xatırladaq ki, 2007-ci ildə öldürülən erməni jurnalist Hrant Dinkin təsis etdiyi “Agos” qəzeti Türkiyədə yaşayan etnik ermənilərin mətbu orqanıdır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar