Türk gəmisi qaçırıldı
07 Aprel 2010 Çərşənbə 20:40
Dəniz quldurları Türk gəmisində olan 25 heyət üzvünü girov götürüb.
Avropa Birliyi Hərbi Donanmasının açıqladığı məlumata görə, türk bayrağı altında üzən “Yasin-C” adlı gəmi bu gün Kenyanın Mombasa limanından 270 mil məsafədə olarkən qaçırılıb. Dəniz quldurlarının ələ keçirdiyi gəminin Ukraynadan Kenyaya buğda apardığı və göyərtəsində 25 nəfər heyət üzvünün olduğu bildirilib.
Ötən həftələrdə Somali dəniz quldurları tərəfindən “Frigia” adlı daha bir türk gəmisi qaçırılıb. Hazırda dəniz quldurlarının əlində 17 gəmi və 240 nəfər heyət üzvünün olduğu bildirilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: