Türk erməni dostluğunun simvolu olan abidənin sökülməsi başa çatıb
15 İyun 2011 Çərşənbə 09:56
Türk erməni dostluğunun simvolu kimi Qarsda qoyulmuş “İnsanlıq abidəsi”nin sökülməsi başa çatdırılıb.
APA-nın “CNN-Türk”ə istinadən verdiyi məlumata görə, 24,5 metr hündürlükdə, iki insan fiqurundan ibarət abidənin son parçaları iyunun 14-də götürülüb. “Avşin İnşaat” tərəfindən aprelin 25-dən aparılan işlər nəticəsində 800 ton ağırlığında 17 hissə sökülüb.

Hazırda bünövrədəki beton plitələrin götürülməsi işləri gedir. İşlər iyunun 24-dək tam yekunlaşacaq.

Qeyd edək ki, abidənin sökülməsi ilə bağlı qərarı Qars Bələdiyyəsinin Məclisi bu il fevralın 1-də qəbul edib. “İnsanlıq abidəsi” adlanan və türk-erməni dostluğunun simvolu kimi təqdim olunan abidənin tikintisinə 2008-ci ildə başlanılıb. Lakin abidənin tikintisi yekunlaşmayıb. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan isə bir müddət əvvəl Qarsa səfəri zamanı bələdiyyə başqanı və digər rəsmilərlə görüşündə deyib ki, tarixi-memarlıq üslubuna zidd olan əcaib tikililər sökülməlidir. O, sözügedən abidənin də eybəcər olduğunu bəyan edib.

Abidənin söküntüsünə aprelin 25-də başlanılıb. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar