Türk-erməni "dostluğu" dağıdılacaq
01 Fevral 2011 Çərşənbə Axşamı 22:05
Qars Bələdiyyəsinin Məclisi türk-erməni dostluğunun simvolu sayılan abidənin söküləcəyi barədə qərar qəbul edib
Qars Bələdiyyəsinin Məclisi türk-erməni dostluğunun simvolu sayılan abidənin söküləcəyi barədə qərar qəbul edib. Bələdiyyə başçısı Nevzat Bozkuşun sədrliyi ilə keçirilən iclasda 4 CHP-li Məclis üzvünün əleyhinə, 11 “Ədalət və İnkişaf” və 8 MHP-li Məclis üzvünün lehinə səs verməsi ilə abidənin dağılmasına qərar verilib.

Xatırladaq ki, “İnsanlıq abidəsi” adlanan və türk-erməni dostluğunun simvolu kimi təqdim olunan abidənin tikintisinə 2008-ci ildə başlanılıb. Abidənin tikintisi hələ yekunlaşmayıb. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bir müddət əvvəl Qarsa səfəri zamanı bələdiyyə başçısı və digər rəsmilərlə görüşündə deyib ki, tarixi-memarlıq üslubuna zidd olan əcaib tikililər sökülməlidir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar