Türk dünyasının liderlərindən biri “Əsrin Adamı” seçildi
06 Mart 2012 Çərşənbə Axşamı 05:57
“Yaxın Şərq və Balkan araşdırmaları institutu” baş nazir Rəcəb Tayyib Ərdoğanı xüsusi mükafata layiq görüb.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan apardığı aktiv siyasət və beynəlxalq populyarlığı səbəbilə növbəti mükafatı qazanıb. Sloveniyada fəaliyyət göstərən “Yaxın Şərq və Balkan araşdırmaları institutu” (IFIMES) baş nazir Rəcəb Tayyib Ərdoğanı “Əsrin Adamı” seçib. Bu barədə məlumatı Sloveniyanın Ankara səfiri Milan Cazbek (Jazbec) verib. “Ölkəmizdə fəaliyyət göstərən IFIMES baş nazir Rəcəb Tayyib Ərdoğanı “Əsrin Adamı” seçdi. Cənab baş nazirin mükafatını ölkəmiz Sloveniyada keçiriləcək bir tədbirdə verməyi planlaşdırırıq”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar