“Türk dövlətlərinin güclü olması Türkiyənin mənafeyinə uyğundur”
12 Avqust 2011 Cümə 01:02
“Avropa və Asiyanı birləşdirən Cənubi Qafqazda sülh və sabitlik böyük əhəmiyyət daşıyır”
“Avropa və Asiyanı birləşdirən Cənubi Qafqazda sülh və sabitlik böyük əhəmiyyət daşıyır”. Türkiyə Prezidenti Abdullah Gül bunu Yaponiyanın ən böyük iqtisadiyyat qəzeti “Nikkei”nin müxbirinə müsahibəsində bildirib. Onun sözlərinə görə, türk dövlətləri ilə əməkdaşlıq çox qüvvətlidir və bu dövlətlərin güclü olması Türkiyənin mənafeyinə uyğundur: “Hazırda türk xalqlarının daxil olduğu beynəlxalq platformalar da mövcuddur”.

Türkiyənin dövlət başçısı onu da əlavə edib ki, rəsmi Ankara bölgədəki mövcud ciddi problemləri görür və onların ilk növbədə diplomatik yollarla həlli üçün səylər göstərir. Regional lider kimi fəaliyyət göstərən Türkiyə çalışır ki, yerləşdiyi coğrafiyada - Cənubi Qafqaz, Balkanlar və Yaxın Şərqdə sülh, sabitlik və rifah bərqərar olsun.


DOSTLARINLA PAYLAŞ:

oyunlar