NATO-nun quldurlar əleyhinə xüsusi bölməsinə daxil olan Türkiyə Hərbi Dəniz Donanmasına məxsus gəmi Ədən körfəzində, konkret olaraq Somali sahillərində patrul xidməti çəkərkən içərisində beş dəniz quldurunun olduğu qayığı ələ keçirib. ANS PRESS-in “Reuters”ə istinadən verdiyi xəbərə görə, əməliyyata hərbi helikopter də cəlb edilib.
Türk dənizçilərinin sözlərinə görə, onların saxladıqları dəniz quldurları ticarət gəmisinə hücum etməyə hazırlaşırmış. /ANS PRESS/