Türk bərbər İngiltərədə qəhrəman oldu
28 Avqust 2010 Şənbə 06:25
Türk bərbər və onun türk müştərisi mağaza qarətçisini yaxalayaraq onu zərərsizləşdirib və polisə təhvil verib.
İngiltərədə mobil telefon mağazasını qarət etməyə çalışan silahlı qarətçiləri yaxalayaraq zərərsizləşdirən və polisə təhvil verən türk bərbəri yerli mətbuat qəhrəman elan edib. ANS PRESS “Doğan” agentliyinə (DHA) istinadən xəbər verir ki, hadisə paytaxt Londonda türk məhəlləsi kimi bilinən Harrinqeydə baş verib.

Məlumata görə, ötən gün saat 17.00 radələrində Harrinqeydə “Green Lanes” (Qrin Leyns) metrostansiyasının yanındakı “Walk&Talk” adlı telefon mağazası silahlı qarətçilərin hücumuna məruz qalıb. Qorxutmaq məqsədilə havaya iki dəfə atəş açan qarətçilər daha sonra mağazadan telefonları götürərək qaçmağa çalışıb. Atəş səsini eşidərək hadisəyə müdaxilə edən qonşuluqdakı 36 yaşlı türk bərbər və onun həmyaşıdı olan türk müştərisi qarətçilərdən birini yaxalayaraq onu zərərsizləşdirib və polisə təhvil verib.

Qeyd edək ki, London polisi daha sonra digər qarətçilərin də yaxalandığını bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar