Türk bayrağı yenə dirəkdən endirildi
28 Avqust 2014 Cümə Axşamı 12:02
Türkiyənin Siirt vilayətində növbəti dəfə Türk bayrağı dirəkdən endirilməsi hadisəsi baş verib.
Türkiyənin Siirt vilayətində növbəti dəfə ölkə bayrağının dirəkdən endirilməsi hadisəsi baş verib.

ANS PRESS-in xəbərinə görə, hadisəni etiraz aksiyası keçirən bir qrup PKK terror təşkilatının üzvü törədib.

Məlumata görə, Diyarbəkirdə PKK üzvünün heykəlinin götürülməsinə etiraz edən bir qrup terrorçu bölgədə aksiya keçirib.

Aksiya zamanı yaxınlıqda olan “Çevik Ersen Temel” adına orta məktəbin həyətinə soxulan üzü bağlı 6 terrorçu burda dövlət bayrağını enidirb və Atatürkün büstünü sökublər. Terrorçular daha sonra bayrağı və büstü də götürərək qaçıblar.

Hadisədən sonra dirəyə yeni bayraq asılıb və hadisəni törədənlərin ələ keçirilməsi istiqamətində araşdırmalara başlanılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar