Turistlərin ehtiyatsızlığı Gürcüstana baha başa gəldi
31 İyul 2012 Çərşənbə Axşamı 22:08
Kaxeti bölgəsindəki Vaşlovani qoruğunda 100 hektar ərazi yanıb.
Gürcüstanın Azərbaycanla həmsərhəd olan Kaxeti bölgəsində güclü yanğın baş verib. ANS PRESS-in Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, Vaşlovani qoruğunda 100 hektar ərazi yanıb.
Yanğına səbəb kimi turistlərin ehtiyatsızlığı göstərilir. Yanğının qarşısını almaq üçün aviasiyanın yardımından istifadə edilib.
DOSTLARINLA PAYLAŞ: