Turistin həyasızlığı polisi çaşdırdı
23 İyul 2013 Çərşənbə Axşamı 02:37
Polisə müraciət edən turist narkotik bağlamasından quru yarpaq çıxdığını bildirib.
Türkiyədə qeyri-adi şikayətlə polisə müraciət olunub. Yerli mətbuatın xəbərinə görə, aldığı narkotik bağlamasından quru yarpaq çıxan turist Carqon S. polis bölməsinə gedərək satıcıdan şikayətçi olub.

Məlumata görə, Antalyanın Alanya rayonunda dincələn və narkotik istifadəçisi olan Carqon S. küçədə gördüyü satıcıdan 60 lirəyə sellofon bağlamada narkotik alıb. Daha sonra parka gedərək bağlamanı açan turist burda quru yarpaq olduğunu görüb. Dərhal polis bölməsinə gedərək şikayətçi olan “zərərçəkmiş” satıcının hələ də küçədə olduğunu deyib.

Faktla bağlı əməliyyata başlayan polislər narkotik satıcısı N.Ş.-ni ələ keçiriblər. Hadisə barədə araşdırmalar davam edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar