Tunisin yeni hökuməti and içdi
25 Dekabr 2011 Bazar 05:55
Yeni hökumətin prioritet vəzifəsi işsizliklə mübarizə və iqtisadi inkişafın stimullaşdırılması olacaq.
Tunisin baş nazir Həmadi Cəbalinin başçılığı ilə yeni hökuməti prezident Munsef əl-Mərzuqinin qarşısında and içib. Bu barədə məlumatı yerli KİV yayıb.

Qeyd edək ki, yeni hökumət dekabrın 23-də parlamentin etimadını qazanıb. 217 deputatdan 154-ü Həmadi Cəbali və kabinetini dəstəkləyib.

Yeni hökumətin prioritet vəzifəsi iş yerlərinin yaradılması, kütləvi işsizliklə mübarizə və iqtisadi inkişafın stimullaşdırılması olacaq.

Tunis hökuməti koalisiondur. Hökumətə başçılıq edən Həmadi Cəbali islamçı “Ən Nəhda” (“Dirçəliş”) partiyasını təmsil edir. Son parlament seçkilərində “Ən Nəhda” səslərin əksəriyyətini qazanıb. Lakin bu partiya 41 faiz səslə parlamentdəki 217 yerdən 90-nını qazanıb və mütləq çoxluğa nail olmayıb. Koalisiyada Respublika Konqresi və “Ət-Təkəttül” partiyaları da təmsil olunur.

Ölkə prezidenti Munsef əl-Mərzuqi Respublika Konqresinin, parlamentin spikeri Mustafa bin Cəfər isə “Ət-Təkəttül” partiyasının lideridir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar