Tunisin qaçqın prezidentini Səudiyyə Ərəbistanı qəbul edib
15 Yanvar 2011 Şənbə 11:25
Tunisin qaçqın prezidentini Səudiyyə Ərəbistanı qəbul edib. Ər-Riyad bunu rəsmən təsdiq edib.
Səudiyyə Ərəbistanı Tunis prezidenti Zin Abidin Ben Əlinin ailəsi ilə birgə ölkə ərazisində olduğunu rəsmən təsdiq edib. ANS PRESS-in “BBC”yə istinadən verdiyi xəbərə görə, Tunisin özündə isə fövqəladə vəziyyət elan olunub və komendant saatı tətbiq edilib.
Məlumata görə, dövlət başçısının səlahiyyətləri hazırda Tunisin baş naziri Məhəmməd Qannuşiyə keçib.
Qeyd edək ki, 1987-ci ildən Tunisi idarə edən Abidin Ben Əli baş verən kütləvi qarşıdurmalar səbəbindən ölkəni tərk etmək məcburiyyətində qalıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: