Tunisin eks-prezidenti və arvadı 35 il azadlıqdan məhrum edildi
21 İyun 2011 Çərşənbə Axşamı 01:10
Xaricdə olan ər-arvad barəsində hökm qiyabi şəkildə elan edilib.
Tunis məhkəməsi ölkənin sabiq prezidenti Zin ben Əlini və həyat yoldaşı Leyla Trabelsini 35 il müddətinə azadlıqdan məhrum edib. Onlar korrupsiyada və narkotik qaçaqmalçılığı ilə məşğul olan cinayətkar qruplara himayədarlıq etməkdə təqsirli biliniblər. Amma bunlar ittiham aktının yalnız bir neçə maddəsidir.
Zin bin Əli və ailəsi Səudiyyə Ərəbistanında olduğundan, məhkəmə onların iştirakı olmadan keçirilir.
Tunisin yeni hakimiyyəti Səudiyyə Ərəbistanından sabi prezidentin eksradisiyasını tələb edib. Lakin rəsmi Ər-Riyad bundan boyun qaçırıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: