Tunisdə yenidən etiraz dalğası baş qaldırıb
25 Fevral 2011 Cümə 17:11
Tunisdə on minlərlə nümayişçi hökumətin istefası tələbi ilə küçələrə axışıb.
Tunisdə hakim Zin əl-Abidin bin Əli rejiminin devrilməsindən sonra on minlərlə ölkə vətəndaşı yenidən kütləvi nümayişlərə başlayıb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, nümayişçilər Məhəmməd əl-Qannuşinin rəhbərlik etdiyi keçid hökumətinin istefaya getməsini tələb edirlər.

Xatırladaq ki, Tunisdə “Yasəmən” inqilabı yanvarın 14-də baş verib. Nəticədə prezident bin Əli ailəsi ilə birgə Səudiyyə Ərəbistanına qaçmağa məcbur olub. Növbəti gün o, ölkənin Konstitusiya Şurası tərəfindən vəzifəsindən kənarlaşdırılıb. Şura Tunis parlamentinin spikeri Fuad əl-Mabzaanı müvəqqəti dövlət başçısı qismində təyin edib. Baş nazir Əl-Qannuşiyə qısa müddət ərzində müvəqqəti koalisiya hökuməti formalaşdırmaq və bu hökumət tərəfindən yaxın iki ay ərzində prezident seçkisinin hazırlanması və keçirilməsi, həmçinin ölkədə qayda-qanunun yaradılması tapşırılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar