Tunisde gerginlik
27 İyul 2013 Şənbə 07:34
Tunisdə dünendan başlayan aksiyalarda ilk qurban qeyde alınıb.
Tunisdə müxalifətçi-deputat Məhəmməd əl-Brahimi öldürüldükdən sonra bu ölkədə başlayan etiraz aksiyalarında ilk insan qurbanı qeydə alınıb.
ANS PRESS-in Frans-Press-ə istinadən verdiyi məlumata görə, ölkənin qərbində yerləşən Qafsa şəhərində 45 yaşlı Məhəmməd Mufli öldürülüb. Polis aksiya iştirakçılarını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Qarışıqlıqda isə Məhəmməd Müfti həyatını itirib.
Qeyd eək ki, müxalifətçi-deputat əl-Brahimi cümə axşamı öz evinin qarşısında öldürülmüşdü. O, sol yönümlü baxışları ilə seçilirdi. Son vaxtlar əl-Brahimi Tunisdə demokratiyanı inkişaf etdirməyi və ölkənin "Misir senarisi" yolunu tutmasının vacibliyindən danışırdı.
Deputatın öldürüldüyü günün səhərisi isə artıq Tunisdə etiraz aksiyaları başlayıb.
DOSTLARINLA PAYLAŞ: