Tunisdə baş nazir istefa verdi
20 Fevral 2013 Çərşənbə 07:14
İstefaya səbəb, hökümət başçısının söz verdiyi kimi Tunisdə texnokrat hökümət qura bilməməsi olub.
Tunisdə davam edən ictimai-gərginlikfonunda ölkənin hökümət başçısı Hamadi əl Cibali tutduğu vəzifədən istefa verib. Prezident Mönsef əl Mərzuki ilə görüşən baş nazir, bu haqda şəxsən özü məlumat verib. İstefaya səbəb, hökümət başçısının fevral ayının əvvəlində söz verdiyi kimi Tunisdə texnokrat hökümət qura bilməməsi olub. Cibali onun təklif etdiyi nazirlər kabinetinin təsdiqlənməyəcəyi təqdirdə, istefa verəcəyi barədə xəbərdar etmişdi.

Xatırladaq ki, Tunisdə nazirlər kabinetinin buraxılması və yeni qeyri-partiya hökümətinin qurulmasına, əsas müxalif liderlərdən sayılan Şükri Bəlidin qətlə yetirilməsi təsir göstərib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar