Tunisdə aksiya olub, ölənlər var
27 Fevral 2011 Bazar 12:11
Tunisdə aksiya olub, ölənlər var. Etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşma olub.
Tunisdə müvəqqəti hökumətə qarşı etiraz aksiyası təşkil edilib. Nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında toqquşma baş verib. Toqquşmada 4 nəfər həlak olub. Məlumatı ölkənin Daxili İşlr Nazirliyi yayıb. Qurumun məlumatına görə, hadisə sabiq ölkə başçısı Zeyn Əl-Abin Ben Əlinin tərəfdarları tərəfindən təşkil edilib.

Toqquşmada 12 nəfər xəsarət alıb. Xəsarət alanlar arsında təhlükəsizlik qüvvələrinin əməkdaşları da var. Şahidlərin sözlərinə görə, təhlükəsizlik qüvvələri kütləni dağıtmaq üçün havaya xəbərdarlıq atəşi açıb və gözyaşardıcı qazdan istifadə edib. Əvəzində nümayişçilər asayiş keşikçilərini daşlayıb.

Rəsmi məlumatlara əsasən 200-ə yaxın etirazçı həbs olunub. Daxil İşlər Nazirliyi həbs olunanlardan bəzilərinin Zeyn əl-Abibin Ben Əliyə yaxınları tərəfindən pulla ələ alındıqlarını etiraf edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar