Tunis də Suriyaya hərbi müdaxilənin əleyhinədir
30 Avqust 2013 Cümə 22:44
Tunis Suriya xalqının ərazi bütövlüyünə zidd olmayan istənilən siyasi həlli dəstəkləyir.
Tunisin xarici işlər naziri Osman Cerandi Suriyaya qarşı hərbi müdaxilənin əleyhinə olduğunu qeyd edib. ANSPRESS-in Türkiyə mediasına istinadən məlumatına görə, Osman Cerandi fikirlərini bununla izah edib ki, müstəqil ölkələrə qarşı kənar müdaxilə qəbuledilməzdir. Tunisli nazir açıqlamasında rəsmi Dəməşqə müdaxiləyə qarşı olduğunu vurğulayıb. Ölkə prezidenti Məhəmməd Munsif əl-Mərzuki ilə görüşən sonra fikirlərini dilə gətirən ali diplomat adıçəkiən müdaxilənin yalnız Suriyaya deyil, bütövlükdə bölgə ölkələrinə mənfi təsir edəcəyini bildirib. Osman Cerandi məsələ ilə bağlı ölkəsinin mövqeyini izah edərkən vurğulayıb ki, Tunis Suriya xalqının ərazi bütövlüyünə zidd olmayan istənilən siyasi həllə dəstəkləyir.
DOSTLARINLA PAYLAŞ: