Tümendə bir ailənin 7 üzvü diri-diri yandı
31 Mart 2014 Bazar Ertəsi 12:27
Tükürpədici hadisə Rusiyanın Tümen vilayətində baş verib.
Rusiyanın Tümen vilayətində dəhşətli hadisə baş verib. Kosmakovo kəndində bir ailənin 7 üzvü diri-diri yanaraq həlak olub.
Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, qaz balonlarının partlaması nəticəsində başlayan yanğın ev sahibəsinin, onun qızının və 5 azyaşlı nəvəsinin ölümünə səbəb olub. Ailənin evdə olan 2 üzvü də yanıq xəsarətləri alıb.
Hadisənin səbəbləri araşdırılır.
DOSTLARINLA PAYLAŞ: