Türkiyənin Diyarbəkır- Bingöl şösesinin Lise ərazisində zirehli maşın yolla gedərkən terrorçuların torpağa basdırıdığı mina partlayıb. CNN Türk-ün məlumatına görə, hadisə nəticəsində 10 nəfər əsgər həlak olub. Hadisə bu gün yerli vaxtla saat 6 radələrində baş verib. Təxminən 100 kq-lıq bombanın yolun kənarına basdırıldığı və maşın keçərkən uzaqdan idarə olunan cihazla partladıldığı bildirilir.
Qeyd edək ki, həmin ərazidən təxminən 1 ay əvvəl təhlükəsizlik qüvvələri 65 kiloluq partlayıcı tapmışdılar./ANS PRESS/