Tualetdə çox oturduğu üçün işdən qovuldu
14 Dekabr 2009 Bazar Ertəsi 16:15
Tualetdə çox oturduğu üçün işdən qovuldu. Hadisə Litvada baş verib.
Litva vətəndaşı Daryus Qracis Niderlandda işə qəbul olduqdan iki gün sonra qovulub. Səbəb onun iş vaxtının əksər hissəsini tualetdə keçirməsi olub.

Sahibkar əməkdaşının tualetdə narkotik və ya spirtli içki qəbul etdiyini güman edib. Kişinin sözlərinə görə, o yeni iş yerində cəmi 18 saat fəaliyyət göstərməyə macal tapıb.

“İşimə görə mənə cəmi 40 avro verdilər ki, bu da heç Litvaya bilet üçün kifayət etmədi. Mən yalnız qohumlarımın köməkliyi ilə vətənimə qayıda bildim”, - deyə işdən qovulan şəxs bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar