Tripoliyə hücum başladı
21 Avqust 2011 Bazar 02:22
Tripoliyə hücum başladı. Paytaxtın bəzi məhəllələri silahlı qiyamçıların əlinə keçib.
Liviya qiyamçıları paytaxt Tripoliyə həlledici hücuma başladıqlarını bəyan ediblər. Qətərin “Əl Cəzirə” peyk telekanalının məlumatına görə, hücumla eyni vaxtda Liviya paytaxtında üsyan başlayıb.

Telekkanal xəbər verir ki, Tripolinin bəzi məhəllələri Qəddafi rejiminin silahlı əleyhdardarının əlinə keçib. Hələ fevralın ortalarında Tripolidə qiyama cəhd olsa da, şakimiyyət əleyhinə çıxışların qarşısı alınmışdı.

İTAR-TASS agentliyinin məlumatına görə, Liviya paytaxtında partlayışlar eşidilir, intensiv atışma gedir. Hələ bir neçə saat əvvəl məlukmat yayılmışdı ki, qiyamçıların silahlı dəstələri paytaxtı mühasirəyə alıblar və hücuma hazırlaşırlar.

Ötən gün Benqazidəki qiyamçı hökumətin rəhbəri Mustafa Əbdül Cəlil bəyan etmişdi ki, Qəddafinin sonu yaxındır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar