Tripolidə nümayişçilərə atəş açıldı: ölənlər var
01 Mart 2011 Çərşənbə Axşamı 03:01
Qəddafi ğatalyonunun silahlıları Liviya paytaxtındakı aksiyanın qarşısını amansızlıqla alıb.
Liviyanın güc strukturlarının əməkdaşları paytaxt Tripolidə Müammər Qəddafi tərəfdarlarına atəş açıblar. “Reuters” agentliyinin yerli KİV-ə istinadən yaydığı məlumata görə, bir neçə nəfər həlak olub.
Qeyd edək ki, 400-ə yaxın nümayişçi Liviya paytaxtının qərb hissəsində toplaşmışdı. Onlar bazar meydanına yaxınlaşıblar. Bu zaman Qəddafi batalyonunun mülki geyimli silahlıları silahsız nümayişçilərə atəş açımağa başlayıblar. Benqazidə nəşr olunan və müxalifətin nəzarətinə keçən “Quryna” qəzetinin məlumatına görə, nümayişçilərdən bir çoxu öldürülüb və yaralanıb.
Xatırladaq ki, Liviyada 42 ildir hakimiyyətdə olan Müammər Qəddafinin istefası tələbi ilə aksiyalar fevralın ortalarından başlayıb. Beynəlxalq təşkilatların məlumatına görə, hakimiyyət nümayişləri amansızcasına yatırır. Təhlükəsizlik qüvvələri və əcnəbi muzdluların nümayüişçilərlə toqquşmaları nəticəsində indiyədək 2000-ə yaxın adam həlak olub, təxminən 4000 nəfər xəsarət alıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: