Tripoli qan içində
26 Avqust 2011 Cümə 22:54
Şəhərin küçələri insan meyitləri ilə doludur.
Liviyanın paytaxtı Tripolidə döyüşlər Qəddafi tərəfdarlarının daha güclü olduğu Əbu Səlim rayonunda gedir. “Əl Cəzirə” telekanalının xəbərinə görə, burada döyüşən Qəddafi tərəfdarları yaxşı silahlanıblar və ağır hərbi texnikadan istifadə edirlər.
Qəddafinin müxalifət tərəfindən ələ keçirilmiş qərargahı yaxınlığıda lentə alınan kadrlarda isə küçələrin kənarındakı yanmış tanklara, eləcə də çoxlu ölüyə rast gəlinir.
Yandırılımış meyitlərin geyimlərindən onların müxalifət tərəfdarları olduğunu ehtimal etmək mümkündür. Bundan başqa, xəstəxanalarda da 80-dən artıq ölünün aşkar edildyi xəbər verilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: